Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lüksemburqla ev matçı neytral meydanda keçirilə bilər.
Bu barədə "Wort.lu" saytı iddia irəli sürüb. UEFA 15 - 20 avqustda videokonfrans formatındakı iclasında Millət Liqası ilə bağlı yekun qərarını açıqlayacaq.
Nəşr qarşılaşmanın başqa ölkədə keçirilmə ehtimalının olduğunu yazıb. Buna səbəb Azərbaycana girişlə bağlı bəzi məhdudiyyətlərin olması göstərilib.
Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Paul Filipp bildirib ki, bu məsələ müzakirə edilməlidir. 69 yaşlı funksioner pulu geri ala bilməyəcəkləri üçün hələ ki, çarter reysi sifariş etmək istəmədiklərini deyib. Filipp UEFA-nın milli assosiasiyalarla təmasda olduğunu xatırladıb: "Xarici İşlər Nazirliyi Lüksemburqda hansısa komandanı qəbul edə biləcəyimizə təminat verib".
Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?