Felip Melonun qırmızı kart alması stadionu qarışdırıb Türkiyə Super Liqasında keçirilən “Beşiktaş”-“Qalatasaray” matçında qalmaqal yaşanıb. Ortalıq qarşılaşmanın 90+2 dəqiqəsində qalatasaraylı Felip Melonun qırmızı kart almasından sonra qarışıb. Meloya qırmızı kart göstərilməsinə səbəb isə onun braziliyalı oyunçu Mottaya qarşı hərəkəti olub. Bundan sonra iki futbolçu arasında dava başlayıb. Droqba Melonu sakitləşdirərək soyunma otağına göndərib. Yaşanmış hadisəyə əsəbləşən bir çox "Beşiktaş" azarkeşi isə stadiona enib. Stadiona girən azarkeşlərə polis müdaxilə edib. Futbolçular soyunma otaqlarına gediblər. Azarkeşlər isə hüququ mühafizə orqanı əməkdaşlarına stullarla hücum edib. Bundan sonra polis bibər qazından istifadə etməyə vadar olub. Qeyd edək ki, oyun "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə bitib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?