GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » “Neftçi”nin qapıçısı: “Qalatasaray”la oyundakı səhvimə görə üzr istəyirəm”

“Neftçi”nin qapıçısı: “Qalatasaray”la oyundakı səhvimə görə üzr istəyirəm”

Tarix: 21-09-2020, 17:31 Bölmə :İdman Baxış: 1 614
“Neftçi”nin qapıçısı: “Qalatasaray”la oyundakı səhvimə görə üzr istəyirəm”


“Neftçi”nin qapıçısı Aqil Məmmədovun “Report”a müsahibəsi

– Premyer Liqanın III turunda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdiniz. Qələbə qazana biləcəyinizi oyundan əvvəl gözləyirdiniz?

– İlk növbədə, futbolçuları təbrik edirəm, yaxşı mübarizə apardılar. Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə “Qalatasaray”ı ilə oyundan sonrakı yorğunluğa baxmayaraq, böyük komandaya qarşı belə oynamaq yaxşı haldır. Oyunçuları bir daha təbrik edirəm. Səfər matçına ən azı uduzmamaq üçün getmişdik. Nə yaxşı ki, qələbə qazana bildik.

– “Neftçi” nəyin hesabına “Qarabağ”ı məğlub edə bildi?

– Komandamız xarakterin hesabına qələbə qazandı.

– “Qalatasaray”la görüşdən sonra çempionata köklənmək nə dərəcədə çətin idi?

– Bizim üçün bir az çətin oldu. Sağ olsunlar, azarkeşlər dəstək oldular. Oyunçular olaraq, hamımız yığışdıq, söhbət etdik. “Qalatasaray”la oyunu yaddan çıxarmaq və “Qarabağ”a qarşı köklənmək lazım idi. Ən azı heç-heçə etmək istəyirdik, amma qələbə ilə döndük.

– Türkiyə təmsilçisinə 1:3 hesabı ilə uduzduğunuz görüşdə nə çatmadı?

– “Qalatasaray” böyük komandadır, Avropada təcrübələri daha çoxdur. Həm maddi, həm də oyunçuların keyfiyyətinə görə bizdən üstündürlər. Futbolçular əllərindən gələni etdilər, vuruşdular, döyüşdülər. Bacardığımız və əlimizdən gələn bu idi. “Qalatasaray”ı unudub, Premyer Liqa oyunlarına baxmaq lazımdır. “Qarabağ”ı məğlub edə bildik, qarşıdakı oyunlara hazırlaşacağıq.

– Sanki futbolçularda bir az həyəcan hiss olunurdu, siz də səhvlər etdiniz. Rəqibin adı sizi qorxutmurdu?

– Həyəcan deyəndə ki, “Qalatasaray”a qarşı oynayırsan. Bütün millət bizdən çox rəqibi dəstəkləyirdi. Hamının fikrində “Qalatasaray” var idi. Stadiona azarkeş buraxsaydılar, 90 fiazi Türkiyə klubunun fanatları gələrdi. “Neftçi”ni ürəkdən sevən insanlar 10 faiz təşkil edərdi. Mənə elə gəlir ki, insanlar bir oyuna görə tez qərar verirlər.

– Onların azarkeşinin daha çox olması da sizə təsir etdi?

– Əlbəttə. Qardaş ölkənin komandasıdır, Azərbaycana gəlib. Amma Azərbaycana gəlibsə də, “Neftçi”yə dəstək olmaq lazım idi. “Neftçi” bu ölkənin klubudur. Görünürdü ki, çoxları rəqibə azarkeş edir. Bu da istər-istəməz insana təsirsiz ötüşmür. Ruh düşkünlüyü yaranır, elə bil ki, biz İstanbulda oynayırıq.

– “Qalatasaray”la matçda səhv etdiniz. Bu, müzakirələrə və tənqidlərə səbəb oldu. Bu barədə nə deyə bilərsiniz?

– Qapımıza üçüncü qolun vurulduğu epizodda ötürmə verəndə səhv etdim. Bu, mənim səhvimdir, danılmaz səhvdir. Ötürmə verəndə top ayağıma yaxşı oturmadı və rəqib oyunçunun önünə düşdü. Azarkeşlərdən və “Neftçi”sevərlərdən üzr istəyirəm.

– “Neftçi” Aqil Məmmədova görə uduzdu” fikri ilə razısınız?

– Xeyr, bununla razı deyiləm.

– Digər qol barədə fikirlər var ki, topu tutmalı idiniz, amma qaytardınız…

– Həmin topu tuta bilməzdim, çünki mən öz oyunçumla toqquşurdum, Tutsaydım, topla içəri girəcəkdim. Mən qaytardıqdan sonra rəqib təkrar zərbə ilə vursaydı, bu, mənim səhvim olardı. Amma mən topu qaytarandan sonra rəqib əlavə ötürmə edib. Belə danışıq düşüncəsiz, futbolu yaxşı bilməyən insanlara məxsusdur.

– “Qalatasaray”ı keçmək olardı?

– Onları keçmək çox çətin idi.

– Bir müddət “Neftçi”də oynamadınız, amma sonra əsas qapıçı oldunuz. Nə baş verdi ki, Səlahət Ağayev ehtiyatda qaldı, siz oynamağa başladınız?

– Səlahətin qolunda bir az problem var. İnanıram ki, tez sağalacaq və ona da şans veriləcək. Özümə gəldikdə, baş məşqçi Füzuli Məmmədov şans verir, mən də oynayıram. Çalışırıq ki, əlimizdən gəldiyi qədər komandaya köməklik edək. Mənə elə gəlir ki, Azərbaycanda bir səhvə görə insanı tez sındırırlar, tez qərar verirlər. Düzdür, səhv etmişik. Düşünürəm ki, Azərbaycanda futbolçu yetişmir, yetişdirmək çətindir. Yetişənləri də çalışırlar ki, tez sındırsınlar. Biri var səhvini boynuna almayasan, amma mən səhvimi qəbul edirəm. Deyirəm ki, mənim səhvimdir, üzr istəyirəm. Bu normal haldır, biz robot deyilik, insanıq.

– Milli komandadan dəvət gözləyirsiniz?

– Yığma barədə düşünmürəm. Millinin futbolçularına uğurlar arzulayıram.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qalatasaray qələbə qazandı

    Qalatasaray qələbə qazandı ...

    11-12-2013, 18:28

  • 
  • Avropa Liqası: "Neftçi" - "Qalatasaray" cütünün rəqibi bəlli oldu

    Avropa Liqası: "Neftçi" - ...

    17-09-2020, 19:56

  • 
  • "Qalatasaray" məğlub oldu: 2-0

    "Qalatasaray" məğlub oldu: 2-0 ...

    11-11-2013, 10:47

  • 
  • (Fənərbaxça-Qalatasaray) Gərgin derbidə Fənərbaxça 2-1 qazandı ...Oyundan maraqlı fotolar

    (Fənərbaxça-Qalatasaray) Gərgin derbidə ...

    13-05-2013, 00:35

  • 
  • ""Qalatasaray"a qayıtmaq istəyirəm"

    ""Qalatasaray"a qayıtmaq ...

    13-03-2016, 13:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu