Kipr millisinin baş məşqçisi Yohan Valemin yığmadakı taleyi UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun Azərbaycanla sabahkı oyunundan asılıdır.
Gundemxeber.Az xəbər verir ki, bu barədə məlumatı "themasports.com" saytı yayıb. İddiaya görə, qrupun ilk 3 oyununda məğlubiyyət acısı yaşayan komanda, növbəti dəfə uduzarsa, belçikalı mütəxəssislə müqaviləyə xitam veriləcək.
Kipr Futbol Federasiyasının 48 yaşlı baş məşqçi ilə 2021-ci ilin noyabrınadək sözləşməsi var.
Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?