Azərbaycan futbolunda daha bir biabırçı olay yaşanıb. Virtualaz.org saytı sportal.az-a istinadən xəbər verir ki, dünən 17 yaşa qədər futbolçulardan ibarət Azərbaycan çempionatına start verilib.
İlk turun oyunları çərçivəsində Bakıda “İnter” “Qəbələ”ni qəbul edib. Oyunun baş hakimi Elməddin İsgəndərovun verdiyi penalti epizodundan sonra meydanda aləm bir-birinə dəyib. Baş verən qalmaqal zamanı hakim “İnter”in iki futbolçusunu meydandan qovub. Bundan sonra “İnter”in rəhbərliyi hakimə hücum çəkib. Azarkeşlər və “İnter”in nümayəndələri hakimə “Sən nə qeyrətsiz adamsan” və bu tipli təhqiramiz ifadələr ünvanlayıblar.
Oyunu izləyənlər arasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da olub. Qalmaqal baş verən zaman hakimbaşı gənc hakimi pis vəziyyətdə qoyaraq aradan elə çıxıb ki, heç kimin bundan xəbəri də olmayıb.
Qeyd edək ki, biabırçı olayların baş verdiyi oyun “Qəbələ”nin 4:2 hesablı üstünlüyü ilə başa çatıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?