Bakının "İnter" klubunun (hazırkı "Keşlə) sabiq baş məşqçisi Valentin Xodukin vəfat edib.
O, 81 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Valentin Xodukin 2006 - 2009-cu illərdə Bakı klubunda işləyib. O, 2007/2008 mövsümündə komanda ilə ölkə çempionu olub. Komanda növbəti mövsüm onun rəhbərliyi altında Çempionlar Liqasının birinci təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Şimali Makedoniyanın "Rabotniçki" klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 1:1./report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?