Arda Turan: "Fatih Terimi belə sevməyən Qalatasaray fanatları məni necə sevəcəkdilər?"
Futbol "Qalatasarayı satsaydım məni yenidən istəməzdilər". ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə yığmasının mənafeyini müdafiə edən Arda Turan qonaq getdiyi televiziya proqramında söyləyib.
Hal-hazırda “Atletiko Madrid” klubunun formasını geyinən məşhur futbolçu Arda Turan, “əgər Qalatasarayı satsaydım Fatih Terim mənim üzümə baxmazdı“ deyərək fikirlərini söyləyib.
Futbolçu hər zaman bütün Qalatasaray fanatlarının sevgisni qazanmaq istəsə də amma buna nail ola bilmədiyini də açıqlayıb. Arda Turan Fatih Terimi belə sevməyən fanatların onu necə sevə bilcəyini də sözlərinə əlavə edib: “Fatih Terimi belə sevməyən insalar məni necə sevəcəkdilər!”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?