"Avro-2016"nın seçmə mərhələsinə İslandiya səfər matçı ilə başlayan Türkiyə yığmasının son olaraq Çexiya ilə qarşılaşdığı görüşdəki heyətləri arasında ciddi fərq nəzərə çarpır.
Fatih Terimin komandasının heyətində seçmə mərhələnin ilk oyunu ilə müqayisədə Çexiyaya qarşı 8 fərqli futbolçunun oynadığı diqqət çəkib.
Türkiyə millisi seçmə mərhələnin ilk matçında İslandiya ilə oyuna aşağıdakı heyətlə çıxıb: Onur Kıvrak, Gökhan Gönül, Caner Ərkin, Ömər Toprak, Ərsan Gülüm, Əmrə Bəlözoğlu, Səlçuk İnan, Arda Turan, Mehmet Topal, Olcan Adin və Burak Yılmaz.
ARDA, SƏLCUK, CANER...
"Ay ulduzlu" komanda son olaraq Praqada Çexiyanı 2:0 hesabı ilə məğlub etdiyi matçda isə Fatih Terim aşağıdakı futbolçulara şans verib: Volkan Babacan, Şənər Özbayraklı, Hakan Balta, Sərdar Əziz, Canər Ərkin, Hakan Çalhanoğu, Səlçuk İnan, Arda Turan, Oğuzhan Özyakup, Ozan Tufan və Cenk Tosun.
Heyətdən də göründüyü kimi adları qeyd olunan futbolçulardan yalnız 3-ü - Arda Turan, Səlçuk İnan və Canər Ərkin hər iki görüşdə iştirak edib.
Bu, Türkiyə millisinin tarixində ilk belə hal deyil. Daha öncə qardaş ölkənin yığmasının heyətində "Avro-1996"da 7, "Avro-2008"də isə 8 futbolçu fərqi olub.
Qeyd edək ki, "Avro-2016"nın ilk matçında səfərdə İslandiyaya 0:3 hesabı ilə uduzan Türkiyə millisi son görüşünü də məhz bu yığmaya qarşı keçirəcək. Fatih Terimin komandası bu axşam qalib gələcəyi təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qatılmaq şansı qazanacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?