Uels millisinin baş məşqçisi Rayan Giqqz işindən müvəqqəti kənarlaşdırılıb.
Bu barədə məlumat Uels Futbol Assosiasiyasının saytında yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 47 yaşlı R.Giqqzi Robert Peyc əvəz edəcək.
Xatırladaq ki, Mançester Yunayted”in əfsanəvi futbolçusu və Uels yığmasının baş məşqçisi Rayan Giqqz ötən ilin noyabr ayında sevgilisi Keyt Qevilə fiziki zorakılıq tətbiq etməkdə ittiham olunaraq saxlanılmışdı.
Hüquq-mühafizə orqanları tərəfindən dindirilən R.Giqqz girov pul müqabilində istintaqın sonunadək sərbəst buraxılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?