Şou-biznes DÇ 2010-un simvolu adlandırılan Larissa Rikelme dünya ulduzu Leonel Messi haqqında qalmaqallı açıqlama verib. Paraqvaylı modelin Messi haqqında ortaya atdığı iddialar dünya mətbuatının da manşetlərindən düşmək bilmir.
Cənubi Afrikada təşkil edilən futbol turnirində oyunu izləməyə gələn Rikelme dekolteli fotoşəkilləri ilə diqqət mərkəzində olub. Bir vaxtlar Paraqvayın çempion olacağı təqdirdə küçədə çılpaq gəzəcəyi açıqlaması ilə gündəmləri zəbt edən ulduz model "Barselona"nın dünya şöhrətli ulduzu haqqında yeni iddialar səsləndirib.
Şəxsi işləri səbəbiylə Çilidə olan Rikelme qaltıldığı televiziya proqramlarından birində futbolçunun ona əxlaqsız bir təklif irəli sürdüyünü deyib. "Sizə mənimlə seks etmək üçün kimin pul təklif etdiyini deyim? Dünyanın ən güclü futbolçusu - Messi".
Lakin model bu təkliflə razılaşmadığını söyləyib. "Ancaq mən asan qadın deyiləm. Heç vaxt pulla sevişmərəm". ANSPRESS
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?