AVRO-2020-nin qrup mərhələsinin ilk turunu 207 098 tamaşaçı izləyib.
12 qarşılaşma içərisində ən çox azarkeş Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da qeydə alınıb. Meydan sahiblərinin Portuqaliya ilə görüşündə 55 662 tamaşaçı stadionda olub.
Ən az azarkeş qəbul etmiş stadion isə Bakı Olimpiya Stadionu olub. Cəmi 8 782 tamaşaçı Uels – İsveçrə oyununu izləyib. Bu da həmin matçın azərbaycanlı azarkeşlərin diqqətini çox da cəlb etməməsi ilə bağlıdır. Məsələn, bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiyə – Uels matçında daha çox azarkeşin olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan hökuməti AVRO-2020-nin Bakıda keçiriləcək dörd oyununa stadionun ümumi tutumunun yalnız yarısının (35 min) dolmasına icazə verib./Oxu.Az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?