Türkiyə Futbol Federasiyası (TFF) “Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirdiyi iki oyunda yerli azarkeşlərin futbolçulara fəal dəstəyinə görə xalqımıza minnətdarlıq edib.
TFF-in rəsmi saytında yerləşdirilmiş müraciətdə qeyd olunub: “Dost və qardaş Azərbaycan “Avro-2020” zamanı və Bakıda oynadığımız iki matçda tribunaları “qırmızı-ağ” rənglərlə dolduraraq mükəmməl qardaşlıq ruhu göstərdi. Yığmamıza, federasiyamıza və bütün Türk xalqına böyük dəstək verən, bizi yüksək qonaqpərvərliklə qarşılayan Azərbaycan “Bir millət, iki dövlət” olduğumuzu bizlərə bir daha xatırlatdı”. Yazıda, həmçinin vurğulanıb: Uels ilə oyunda Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə matçı izləyən Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbəri Rövnəq Abdullayevə və aidiyyəti qurumlara bu nümunəvi ev sahibliyinə görə təşəkkür edirik. Azərbaycan-Türkiyə birliyi və bərabərliyinin bundan sonra da davam edəcəyini bir daha dünyaya göstərən Azərbaycan xalqına yığmamızın yanında olduqları üçün təşəkkürümüzü bildiririk. Azərbaycan-Türkiyə birliyinin əbədi davam edəcəyini bir daha bütün dünyaya göstərən Azərbaycan xalqına futbol üzrə milli komandamızın yanında olduğuna görə təşəkkür edirik”. Qeyd edək ki, Türkiyə millisi “Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda Uelsə 0:2, İsveçrə seçməsinə isə 1:3 hesabı ilə uduzub.
Sorğu
Yeni dizaynımız necədir?