Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədilə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşqlərə start verib.
Gundemxeber.Az-ın məlumatına görə, 15 oyunçu yığmanın baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi altında toplanışa qatılıb. Eldar Yusubov, Famil Ağayev və Emin Əbilovun köməkçi-məşqçi olduqları komandanın hazırlığı avqustun 11-dək davam edəcək.
Qeyd edək ki, 18 avqust - 4 sentyabrda keçiriləcək Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?