UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 9 oyunu keçirilib. Bununla da bu raundda ilk matçlara yekun vurulub.
Azərbaycan təmsilçisi "Neftçi" Gürcüstanda "Dinamo" (Tbilisi) klubunu 2:1 hesabı ilə məğlub edib. Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı isə Norveçdə "Bude Qlimt"ə qalib gəlib - 3:2. Emreli həmin qarşılaşmada iki qola imza atıb.
Bu gün həmçinin Slovakiyanın "Slovan" (Bratislava), Xorvatiyanın "Dinamo" (Zaqreb), Bolqarıstanın "Lüdoqorets", Moldavanın "Şerif" və İsveçin “Malmö” klubu da qələbə qazanıb. Yalnız "Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan) və "Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan) görüşlərində qalib müəyyənləşməyib.
9 oyunda ümumilikdə 27 qol qeydə alınıb.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
20:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 1:2
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?