Futbol komandasının oyunçularını gəzdirən avtobusa hücum edilib. Türkiyədə “Fənərbahxça” futbol komandasının oyunçularını gəzdirən avtobusa hücum edilib. gundemxeber.az-ın anspress-ə istinadən məlumatına görə, ölkənin şimalında baş vermiş insident nəticəsində xəsarət almış avtobus sürücüsü xəstəxanaya aparılıb. Komandanın avtobusuna hücum “Fənərbaxça” Rizə şəhərinin “Rizəspor” klubu üzərində 5-1 hesabı ilə qələbə qazandıqdan sonra baş verib. Polis avtobusun daşa basıldığını bildirib, lakin "Fənərbaxça TV" telekanalı iddia edir ki, avtobusa tüfəngdən atəş açılıb. Qeyd edək ki, "Fənərbaxça" komandası İstanbula uçmaq üçün İzmirə getməli idi. Komanda üzvlərindən heç kəs xəsarət almayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?