Çempionlar Liqasında (ÇL) IV turun ilk oyun günündən sonra iki komanda 1/8 finala vəsiqəni təmin edib. D qrupunda lider “Bavariya” (12 xal) və 2-ci yerdə qərarlaşan “Mançester Siti” (9 xal) son 2 turun oyunlarının nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksəliblər. Həmin qrupda 3-cü yerdə qərarlaşan MOİK-in (Rusiya) 3 xalı olsa da “Mançester Siti” moskvalılarla öz aralarındakı oyunlarda üstünlüyə sahib olduğundan ən azı 2-ci yeri tutacaq.
B qrupunda “Real”, C qrupunda PSJ 1/8 finala vəsiqə qazanmağa xeyli yaxındır. Qeyd edək ki, ÇL-də bu gün IV turun daha 8 oyunu baş tutacaq. Həmin matçlardan sonra da növbəti mərhələyə yüksələn komandalar ola bilər. Keçirdiyi hər 3 oyunda qalib gələn “Atletiko” yerli azarkeşləri önündə “Austriya”nı udsa, 1/8 finala vəsiqəni təmin edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?