Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.
Gundemxeber.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Əvvəlcə turnir cədvəlinin son pillələrində məskunlaşan komandalar "Keşlə" ilə "Səbail" üz-üzə gələcək. Komandalar indiyədək ölkə çempionatında 16 dəfə üz-üzə gəlib. Bunların 5-də "Keşlə", 7-də "Səbail" qələbə qazanıb. 4 qarşılaşma heç-heçə başa çatıb. Top fərqində "Səbail" irəlidədir "dənizçilər"in xeyrinədir - 18:15. "Keşlə” ardıcıl 2 qələbə qazanıb. "Səbail” isə üç oyundur qalib gəlmir.
Günün son qarşılaşması "Azərsun Arena"da keçiriləcək. "Qarabağ" bu görüşdə "Sabah"ı qəbul edəcək. Komandalar Premyer Liqada 12 dəfə üz-üzə gəlib. Bunların 9-da "Qarabağ" qələbə qazanıb. "Sabah" indiyə qədər heç vaxt "köhlən atlar"ı məğlub edə bilməyib. Qalan 3 görüşdə bərabərlik qeydə alınıb. Top fərqində də ağdamlıların aşkar üstünlüyü var - 22:4. "Sabah” son 5 matçda ümumiyyətlə xal qazanmayıb.
Azərbaycan Premyer Liqası
XIII tur
4 dekabr (şənbə)
16:00. "Keşlə” – "Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASK Arena".
18:15. "Qarabağ” – "Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Azersun Arena”.
Tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?