GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Olimpiada qarşıdurma rəmzinə çevrilib - ABŞ Yaponiyanı Çinə qarşı gücləndirir

Olimpiada qarşıdurma rəmzinə çevrilib - ABŞ Yaponiyanı Çinə qarşı gücləndirir

Tarix: 28-12-2021, 14:48 Bölmə :İdman Baxış: 798


Yaponiyanın İkinci Dünya Müharibəsində ağır məğlubiyyətindən sonra bu ölkədə ABŞ-ın diqtəsi ilə ilə qəbul olunan yeni Konstitusiyada ada dövlətinə böyük ordu saxlamaq qadağan edilirdi. Ancaq illər keçdikcə bölgədə vəziyyət dəyişib, risqlər artıb. Ona görə də ABŞ-ın özü belə Yaponiyaya məsləhət görüb ki, hərbi gücünü artırsın. Çünki, İkinci Dünya Müharibəsindən sonra Amerikanın müttəfiqinə çevrilən Yaponiya çoxdan bölgə üçün təhlükə deyil, təhlükə Çin istiqamətindən gəlir. Vaşinqton və Tokio ortaq təhlükəyə qarşı birgə hərəkət etmək məcburiyyətindədirlər.

Yaponiya hökuməti 2022-ci maliyyə ilində müdafiə xərcləri üçün rekord həddə - 5,40 trilyon yen (təqribən 47 milyard dollar) vəsait ayrılması barədə büdcə layihəsini bəyənib. “Azərtac” Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verib ki, səkkiz il ardıcıl olaraq artırılan büdcə vəsaitinin əsas hissəsinin yeni texnologiyaların hazırlanmasına sərf ediləcəyi gözlənilir. ABŞ hərbi bazalarının saxlanması xərcləri də daxil olmaqla, büdcə layihəsi əvvəlki illə müqayisədə 1,1 faiz artacaq. Büdcə layihəsinin əsasən, Şimali Koreyanın nüvə və raket zərbələrinin qarşısının alınması üçün sərf olunacağı qeyd edilib. Həmçinin bildirilib ki, nazirlik yeni tədqiqatlar və təkmilləşdirmələr üçün 291,1 milyard yen və ya əvvəlki illə müqayisədə 37,6 faiz çox vəsait ayrılmasını nəzərdə tutur. Bu zaman süni intellekt tərəfindən idarə olunan və qırıcılarla əlaqədə fəaliyyət göstərən pilotsuz uçan aparatların hazırlanmasının diqqət mərkəzində olacağı qeyd edilir. 

Bununla yanaşı, nazirlik hava hücumundan müdafiə qüvvələri üçün yeni nəsil qırıcıların hazırlanmasına 85,8 milyard yen ayırmağı planlaşdırır. Bu təyyarələr üçün reaktiv mühərriklər Böyük Britaniya ilə birlikdə istehsal ediləcək. Eyni zamanda, 12 ədəd yeni nəsil F-35 qırıcısının əldə edilməsi üçün 10,2 milyard yen vəsaitin sərf edilməsi nəzərdə tutulur. Bundan əlavə, Yaponiya hərbi-hava qüvvələrinə məxsus 70 ədəd F-15 qırıcısının modernləşdirilməsinə 52 milyard yen ayrılması planlaşdırılır. Kosmik məkana gəlincə, nazirlik bu istiqamətdə aparılacaq tədqiqat layihələrinə 117,7 milyard yen ayırmağı nəzərdə tutur.

Beləliklə, Yaponiya tədricən hərbi gücünü artırır. Bu ABŞ-la yanaşı, qonşu Avstraliya və Hindistan üçün də vacibdir. Çünki bu ölkələr Çinin artan hərbi qüdrətinə qarşı birgə mübarizə aparmağa qərar veriblər.

Bu arada, ABŞ, Böyük Britaniya və Avstraliyanın ardınca Yaponiya da Pekin-2022 Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarını açıqlayıb. Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Pekində keçiriləcək.Tokio bu məsələ ətrafında tələsik qərar vermədi, düşünüb-daşınandan sonra müttəfiqlərinin qərarın qoşuldu. Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu hökuməti təmsil etmək üçün Pekin-2022 Qış Olimpiya Oyunlarına heç bir kabinet üzvünün göndərilməyəcəyini bildirib. Matsuno diplomatik boykot edib-etmədikləri ilə bağlı suala, “biz necə iştirak etdiyimizi təsvir etmək üçün xüsusi bir termin və ya ifadə işlətmirik” deyə cavab verib.

Beləliklə, Pekin qış olimpiadası siyasətdən yan keçə bilmədi. Rusiya prezidenti Vladimir Putin Pekin qış olimpiadasının açılışında şəxsən iştirak edəcəyini vurğulayıb. O rəsmi mərasimə qatılmayanları tənqid edib. Olimpiada dönəmində müharibələrə ara verilməlidir. Ancaq elə həmin Pekində 2008-ci ilin yay olimpiadasında Rusiya Gürcüstana hərbi müdaxilə etmişdi, döyüşlər bir neçə gün davam etmiş, itkilər qeydə alınmışdı. Bəzi ekspertlərin fikrincə, qış olimpiadası zamanı da fövqəladə hadisə gözləmək mümkündür. Təsadüfi deyil ki, həmin ekspertlərin fikrincə, Rusiya məhz qış aylarında Ukraynaya müdaxilə edə bilər.

“Atlas” Araşdırmalar Mərkəzi



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-ın müdafiə naziri: "Rusiya bir nömrəli qlobal təhlükədir"

    ABŞ-ın müdafiə naziri: "Rusiya bir nömrəli ...

    17-03-2016, 12:08

  • 
  • ABŞ-ın Türkiyəyə olan borcu açıqlandı - Vaşinqtonun 1 trilyon 244 milyard dollar borcu olduğu ölkə hansıdır?

    ABŞ-ın Türkiyəyə olan borcu açıqlandı - ...

    18-05-2016, 12:24

  • 
  • Yaponiya birgə hərbi təlimləri davam etdirəcək

    Yaponiya birgə hərbi təlimləri davam etdirəcək ...

    16-06-2018, 11:19

  • 
  • ​ABŞ-ın iki hərbi təyyarəsi toqquşub - 5 hərbçi itkin düşüb

    ​ABŞ-ın iki hərbi təyyarəsi toqquşub - 5 hərbçi ...

    6-12-2018, 11:33

  • 
  • Yaponiya hökuməti Putinin sülh müqaviləsi təklifindən imtina etdi

    Yaponiya hökuməti Putinin sülh müqaviləsi ...

    12-09-2018, 20:46


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu