Gundemxeber.az » İdman » Mahir Emrelinin komandası cərimələnib
UEFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sını cəzalandırıb.
Gundemxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Varşava təmsilçisinin azarkeşlərinin evdə Rusiyanın "Spartak" (Moskva) klubuna (0:1) qarşı keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda açdığı banner səbəb olub.
Nəticədə Avropa futbol qurumu "Legiya"nı 17 500 avro məbləğində cərimələyib.
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
Gundemxeber.Az
24-09-2020, 15:50
25-10-2021, 19:45
8-07-2021, 10:13
27-07-2021, 23:01
18-09-2020, 13:32
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?