GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » “Xocalı” futbol klubu uşaqlardan necə istifadə edir?- ŞOK İDDİA

“Xocalı” futbol klubu uşaqlardan necə istifadə edir?- ŞOK İDDİA

Tarix: 17-08-2022, 17:25 Bölmə :İdman Baxış: 865

“Xocalı” Futbol Klubu rəsmi “Facebook” hesabında futbolçu uşaqların “Red Bull” enerji içkisi içdiyi yerdə fotosunu paylaşmış və ““Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!” başlıqlı qeyd yazmışdı. Paylaşılan foto sosial şəbəkə istifadəçiləri tərəfindən qınaq obyektinə çevrilmiş, rəylərdə uşaqlar üçün qadağan olunan bu içkini onlara içirdiyinə görə klub tənqid atəşinə tutulmuşdu. Daha sonra “Xocalı” futbol klubunun prezidenti İlkin Hacıyev baş verən hadisəni “kiçik anlaşılmazlıq” kimi qələmə vermişdi: ”Futbolçuların valideynləri tərəfindən atılan addım olub və bu, bilməyərəkdən paylaşılıb. Klubumuz tərəfindən bunun nöqsan olduğu nəzərilərinə çatdırılıb və post dərhal silinib”.

Gundemxeber.az bildirir ki, bu günlərdə RealMedia.az saytı redaksiyasına daxil olmuş müraciətdə həmin hadisənin gerçək tarixçəsinə işıq tutulur və İlkin Hacıyevin qol qoyduğu daha bedtər qanunsuzluqlardan söz açılır:

“Hörmətli redaksiya, mən 2017-ci ilin aprel ayından övladım Həsənov Yusif Elman oğlunu Abşeron rayon Masazır qəsəbəsində fəaliyyət göstərən “Əlincə” futbol məktəbinə yazdırdım. Məqsədim oğlumun gələcəkdə futbolçu kimi formalaşması idi. Əlbəttə ki, bu illər ərzində özüm də məşqlərdə iştirak edib, izləyirdim. Hər ay 50 manat ödəniş etməklə yanaşı, fərdi məşqlərə də 150-200 manat ödəyirdim. Bunun müqabilində mənə heç bir qəbz verilməyib. Nəhayət, 2019-cü ildə klub adını dəyişərək “Xocalı” etdi. Yenə də eyni qaydada ödəniş edib, məşqlərə qatılırdıq. Bunlardan əlavə, yoldaşlıq görüşləri üçün regionlara yollananda əlavə ödəniş edilirdi. “Xocalı” futbol klubunun direktoru İlkin Haciyev valideyinlərə bildirdi ki, uşaqları mütləq Qəbələyə aparmalıyam. Bunun üçün bütün xərcləri valideynlər üzərinə götürməlidir. Məcburiyyət qarşısında deyilən təkliflərlə razılaşdıq. Nəhayət, uşaqlarla birgə Qəbələ rayonuna yola düşdük. İlkin Haciyev bilərəkdən 12 yaşlı uşaqlara qadağan olunan “Redbul” içkilərindən verirdi. Güya, uşaqlar enerjili olduqda daha çox güc sərf edərlər. Məntiqlə düşünəndə, “Redbul” içkisində hansı enerji ola bilər? Valideynlərə isə onun işinə qarışmamağı məsləhət görürdü. Bu barədə ölkə mətbuatı baş verən hadisəni bərk qınadı. Lakin aidiyyətli qurumlar susmağa üstünlük verdi. Həmən ərəfədə uşaqların qarın ağrısından necə əziyyət çəkdiyini sadəcə görmək lazım idi. İlkin Haciyevin yalvarışından sonra biz valideynlər məsüliyyəti öz üzərimizə götürdük.
Klub direktorunun ən böyük biabırçılığı bayrağımıza qarşı oldu. Yenə də “direktor” məsüliyyətdən yayınmağı bacardı.
Hörmətli redaksiya, mənim “Xocalı” futbol klubu ilə heç bir müqaviləm yoxdur. İşimlə əlaqədar Qəbələ rayonuna köçdüyüm üçün Y. Həsənov eyni adlı klubda məşqlərə çıxır. İ.Haciyev imzamı saxtalaşdırıb ki, güya mənim 2023-cü ilə qədər onunla müqaviləm var. Bunun üçün məndən 3000 manat pul tələb edir. Sonradan məlum oldu ki, bu şəxsin bütün uşaqlara qarşı aqressiyası var. Mənə məlum olmayan məsələ ondan ibarətdir ki, aylıq 50 manat, fərdi məşqlərə 200 manat ödədiyim halda, klub 3000 manatı necə tələb edə bilər? İnsan alveri ilə pul qazanmaq və onu şirin-şirin qəbul etmək insanlığa yaraşmayan işdir. Sizdən xahiş edirəm ki, yazdığım şikayət ərzəsini məktub formasında aidiyyətli qurumlara göndərəsiniz.
Əvvəlcədən təşəkkür edirəm”.
Futbol da ağılla, düzgün qurulmuş strategiya ilə idarə edilməlidir. Bizdə futbol məmur biznesinə və korrupsiyaya bağlıdır, sabah ölkədə rüşvəti ləğv etsən, məmur biznesini qapatsan, ölkədə futbol çempionatı bitər, oynamağa komanda qalmaz. Daha bedtəri odur ki, uşaq-gənclər futbolu da pis gündədir, gələcəyə yatırım sıfıra yaxındır. Ona görə də bir erməni gədəsi Mxitaryanın qiyməti bizim bütün futbolçuların qiymətindən bahadır”.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda yeni futbol klubu yaradılıb

    Azərbaycanda yeni futbol klubu yaradılıb ...

    23-07-2017, 12:48

  • 
  • “Biz enerji içkilərinin əleyhinəyik” “Xocalı” FK-nın prezidenti

    “Biz enerji içkilərinin əleyhinəyik” “Xocalı” ...

    7-05-2021, 22:51

  • 
  • Timati futbol klubu təsis etməyə hazırlaşır

    Timati futbol klubu təsis etməyə hazırlaşır ...

    30-03-2017, 15:14

  • 
  • Hafiz Məmmədov Fransada futbol klubu alır

    Hafiz Məmmədov Fransada futbol klubu alır ...

    21-04-2013, 15:06

  • 
  • İngiltərənin 145 yaşlı futbol klubu dağılır

    İngiltərənin 145 yaşlı futbol klubu dağılır ...

    26-08-2019, 16:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu