Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
Çinin kişilərdən və qadınlardan ibarət yığmaları da sentyabrın 9-dan Bakıdadırlar. Asiyalılar sentyabrın 30-dək Azərbaycan milli komandaları ilə birlikdə mundiala hazırlaşacaqlar.
Qeyd edək ki, dünya çempionatı 6-12 oktyabrda təşkil olunacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?