Gundemxeber.az » İdman » “Qarabağ”ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.
UEFA-nın rəsmi saytının məlumatına görə, 2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Fevralın 13-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.
Gundemxeber.az
21-07-2017, 15:28
1-09-2018, 11:27
10-08-2022, 12:25
18-09-2020, 13:32
16-06-2021, 09:46
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?