Gundemxeber.az » İdman » Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb
Gənc boksçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 15-də İspaniyanın Alikante şəhərində start götürəcək dünya çempionatı üçün heyəti bəlli olub.
Federasiyadan verilən məlumata görə, 12 gün davam edəcək yarışda ölkənin ümumilikdə 13 idmançısı qüvvəsini sınayacaq.
Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev, məşqçilər Vüqar Məmmədovla Elvin Məmişzadə mundialda Tural Sarıyev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Mətin Məmmədov (57 kq), Tacı Tağızadə (60 kq), Sənan Hətəmov (67 kq), Daniel Xolostenko (71 kq), Rza Rzazadə (75 kq), Fətəli İsmayılov (80 kq), Rəşid Məmmədov (86 kq) və Səbuhi Əlizadəyə (+92 kq) şans verəcək.
Qızlardan ibarət kollektivin məşqçisi İlkin Ağayev isə yarışda Mehparə Məmmədova (48 kq) və Aysu Dərvişovanı (57 kq) sınayacaq.
Bu gün səfərə yollanan komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir. Boksçular noyabrın 28-də Vətənə dönəcək.
Dünya çempionatında Beynəlxalq Boks Assosiasiyasının (IBA) dəvəti ilə azərbaycanlı hakim Anar Babanlı da ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, mundialda 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun iştirakı gözlənilir. Yarışın püşkü noyabrın 14-də atılacaq.
Gundemxeber.az
24-10-2019, 13:24
16-08-2017, 17:30
10-06-2013, 13:33
16-05-2019, 22:59
3-06-2016, 16:08
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?