GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Növbəti erməni təxribatı: AFFA Mxitaryandan şikayət edəcək

Növbəti erməni təxribatı: AFFA Mxitaryandan şikayət edəcək

Tarix: 16-01-2023, 15:51 Bölmə :İdman Baxış: 204


Ermənilər hər yerdə olduğu kimi futbolda da öz çirkin əməllərindən əl çəkmir, erməni xislətini növbəti dəfə nümayiş etdirirlər.

İtaliyanın “İnter” klubunun erməni futbolçusu Henrix Mxitaryan da yenidən sevimli təxribatlarına davam edirMilan təmsilçisinin telekanalında yayımlanan bir rubrikada özü haqqında danışan Mxitaryan haralı olması ilə bağlı suala cavab verərkən bunu xəritədə göstərmək qərarına gəlib. Bunun üçün isə o, Ermənistanın və Azərbaycan ərazisinin bir hissəsini çəkib.

Dünyada heç bir dövlət, hətta Ermənistanın özü tərəfindən belə tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı öz ölkənin bir hissəsi kimi qeyd etmək yumşaq desək, qonşu dövlətin ərazi bütövlüyünə hörmətsizlik, beynəlxalq hüquqa, həmçinin idman “fair-play” qaydalarına zidd hərəkət, hətta tərbiyəsizlikdir.

Əslində mənfur qonşularımızdan bundan artıq nəsə gözləmək də absurddur. İstər futbolçu, istər siyasətçi, istər jurnalist, istərsə də erməni millətindən olan hər hansı adi vətəndaş – o qədər yalanlara, xülyalara, boş fikirlərə aludə olublar ki, istənilən sferada yalançı patriotizm duyğularını bu şəkildə, başqalarının hüquqi ərazilərinə “təcavüz” etməklə ifadə edə bilirlər.

Maraqlıdır ki, bu, ilk belə hal, Milan “İnter”i Mxitaryanın tələsinə düşən ilk klub deyil. O, daha əvvəl də öz “qədim” cəfəngiyyatını çıxış etdiyi böyük klubların çoxmilyonlu azarkeş bazasından istifadə edərək pis bir qoxu kimi yaymağa, insanların beyinlərini qarışdırmağa çalışıb. Bu, İngiltərə “Arsenal”ı, Almaniya “Borussiya”sı (Dortmund), hətta İtaliyanın digər təmsilçisi “Roma”da çıxış edərkən də müşahidə olumuşdu.

Görünür, xam xəyallarla və böyük ümidlərlə Şuşada tikdirdiyi villası üçün darıxan Mxitaryan işğal azad etdiyimiz torpaqlarımızda təpəsinə dəyən “Dəmir yumruq”dan o qədər sərsəmləyib ki, nostalgiyadan ayıla bilmir.

Təxribatçı futbolçunun vətənimizin ərazisinə növbəti dəfə təcavüzünə azərbaycanlı internet istifadəçiləri də sərt reaksiyalar veriblər. Amma bununla iş bitmir. Mütləq şəkildə rəsmi olaraq həm FIFA və UEFA-ya, həm İtaliya Futbol Federasiyasına, həm də “İnter” klubuna rəsmi xəbərdarlıq olunmalı, bu gülünc video təcili klubun səhifələrindən silinməli, rəsmi olaraq üzr istənməlidir. Dövlət olaraq çox yaxşı münasibətlərimizin olduğu İtaliya səfirliyinə də bu barədə məlumat vermək olar.

Məsələ ilə bağlı müraciət etdiyimiz idman hüquqşünası Fərid Haqverdiyev bildirib ki, həm FIFA, həm də UEFA tərəfindən bütün ölkələrdən, klublardan tələb olunur ki, bir-birilərinin ərazi bütövlüklərinə və mədəniyyətlərinə, inanclarına hörmət etsinlər: “Eyni zamanda FIFA-nın Nizamnaməsində qeyd olunur ki, qurum üzv assosiasiyalar, konfederasiyalar, klublar, rəsmilər və oyunçular arasında dostluğu təşviq edir. Rəsmi olaraq bu qurumlara müraciət edərək “İnter” klubundan üzrxahlıq, paylaşımın silinməsi və ya nəsə bu fonda tələblər irəli sürmək olar. Bəlkə də bunun hansısa bir nəticəsi olmayacaq, amma istənilən halda ermənilərin digər sferalarda növbəti təxribatlarının qarşısını almaq və məsələnin bizim üçün həssaslığını göstərmək üçün bunu etmək lazımdır”.

AFFA-dan da növbəti erməni təxribatına münasibət öyrəndik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla açıqlamasında qeyd edib ki, məsələ barəsində AFFA-nın məlumatı var: “Artıq müvafiq prosedurların həyata keçirilməsinə başlanılıb. Zəruri hüquqi sənədlər hazırlanaraq gün ərzində UEFA-ya və İtaliya Futbol Federasiyasına (FİGC) müvafiq müraciət ünvanlanacaq”. /Report/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mxitaryan Bakıya gələ bilər – XİN

    Mxitaryan Bakıya gələ bilər – XİN ...

    11-05-2019, 15:00

  • 
  • XİN-dən “Mxitaryan” açıqlaması

    XİN-dən “Mxitaryan” açıqlaması ...

    1-09-2018, 19:57

  • 
  • Azərbaycan Mxitaryan məsələsini bağladı: təminat verilib, gələ bilər

    Azərbaycan Mxitaryan məsələsini bağladı: təminat ...

    18-05-2019, 13:33

  • 
  • UEFA PREZİDENTİ AZƏRBAYCANI MÜDAFİƏ ETDİ 0 - “Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...”

    UEFA PREZİDENTİ AZƏRBAYCANI MÜDAFİƏ ETDİ 0 - ...

    25-05-2019, 12:05

  • 
  • Moskvada Azərbaycana qarşı erməni təxribatı

    Moskvada Azərbaycana qarşı erməni təxribatı ...

    14-09-2017, 13:45


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (91)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu