Rusiya paytaxtında keçirilən “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində ermənilər təxribata əl atıblar.
Belə ki, Azərbaycan stendindən aralıda quraşdırılan Ermənistan stendində Dağlıq Qarabağa aid şirkətlərin məhsulları nümayiş olunur. Ermənilər separatçıların məhsullarını stendin ən görünən hissəsində nümayiş etdirirlər. Onlar sərgi iştirakçılarına "Arsax-Eko" şirkətinin istehsal etdiyi meyvə və tərəvəz konservləri, kompotlar, duz və doşab təqdim edirlər. Xatırladaq ki, Ermənistan sərgidə Dağlıq Qarabağ şirkətlərini yerli şirkətlər kimi təqdim edir. Lakin stendlərin qarşısında qondarma Dağlıq Qarabağın bayrağını qoyur. Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin yeganə ekskluziv partnyorudur./azvision.az
Sorğu
Yeni dizaynımız necədir?