Gundemxeber.az » İdman » Xilas edildiyi deyilən “Hatayspor”un qanalı futbolçusu hələ də dağıntılar altındadır - FOTO
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan “Hatayspor”un futbolçusu Kristian Atsunun xilas edildiyi barədə yayılan məlumatlar yanlışdır.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Hatayspor” baş məşqçisi Volkan Demirel bildirib.
O, qanalı futbolçu Kristian Atsu və idman direktoru Taner Savutdan hələ xəbər almadıqlarını açıqlayıb.
“Lütfən, əmin olmadan o sağ qaldı, bu xilas edildi deyə yazmayın. İnsanların ailələri var, ümidlər, kədərlər, ağrılar artır. Kristian və Tanerdən hələ xəbər yoxdur. Onlar xəstəxanada olsaydılar, məgər mən bunu paylaşmazdım?”, - deyə məşqçi bildirib.
O, insanların bəzən havanın belə çətinliklə keçə bildiyi boşluqdan sağ çıxarıldığını xatırladaraq, başqaları kimi bu idmançıların da xilasına ümidini ifadə edib.
“Məlumat əldə olunduqca hər şeyi paylaşacağam”, - deyə Demirel sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, bir müddət əvvəl mediada “Nyukasl”ın keçmiş yarımmüdafiəçisi Kristian Atsunun dağıntılar altından xilas edildiyi barədə məlumat yayılmışdı.
Gundemxeber.az
2-11-2020, 10:45
25-01-2020, 12:34
8-09-2014, 11:22
7-02-2023, 13:24
20-11-2018, 10:58
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?