Gundemxeber.az » İdman » Cüdo üzrə Azərbaycan millisinin Açıq Avropa turnirində iştirakı ləğv olunub
Açıq Avropa turniri fevralın 11-12-də keçiriləcək...
Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Açıq Avropa turnirində iştirakı ləğv olunub.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, buna səbəb Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşların təxirə salınmasıdır.
İdmançılar yarışın çəki vaxtına Sofiyaya çata bilməyəcəklərindən, turnirdə iştirakları ləğv olunub. Onlardan fərqli olaraq, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Fariz Hüseynov yarışda ədalət təmsilçiləri sırasında yer alacaqlar.
Qeyd edək ki, Açıq Avropa turniri fevralın 11-12-də keçiriləcək.
GUNDEMXEBER.AZ
2-08-2017, 15:27
19-09-2018, 12:37
24-05-2019, 14:03
12-05-2015, 21:44
15-12-2016, 00:09
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?