Hatem Ben Arfa məhkəmədə sabiq klubu PSJ-yə qismən qalib gəlib.
Gundemxeber.az-ın məlumatına görə, Paris təmsilçisi 36 yaşlı oyunçuya dəymiş maddi və mənəvi ziyana görə 100 min avrodan bir qədər artıq məbləğdə təzminat ödəyəcək.
2016-2018-ci illərdə PSJ-nin formasını geyinmiş Ben Arfa 2017-ci ilin aprelindən 2018-ci ilin iyununadək əsas komandadan kənarlaşdırılıb. Bu səbəbdən məhkəməyə üz tutan futbolçu keçmiş komandasından 7-8 milyon avro məbləğində təzminat tələb edib.
Sorğu
Yeni dizaynımız necədir?