AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Tədbir qurumun inzibati binasında baş tutacaq
Aprelin 13-dəki yığıncaq saat 10:00-da başlayacaq. İclasın gündəliyində duran əsas məsələ Azərbaycan milli komandasının baş məşqçi Canni De Byazinin hesabatıdır.
İtaliyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən ilk iki görüş barədə komitəyə hesabat verəcək. Toplantıda digər məsələlər də müzakirə olunacaq.
Qeyd edək ki, millimiz Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?