Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarında qızıl medal qazanan Azərbaycan futbol millisinə AFFA da mükafat verəcək.
gundemxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, federasiya rəhbərliyi yığmanın hər bir üzvünə 20 min manat təqdim edəcək.
Komanda ilə son görüşdə AFFA rəhbərliyi bu barədə futbolçulara məlumat verib.
AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da bu informasiyanı təkzib etməyib: "Məsələ hələ tam rəsmiləşməyib. Hər halda yaxın günlərdə bu barədə məlumat veriləcək".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?