Türkiyə Qadınlar Super Liqasında yarımfinalçılar məlum olub.
Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun idman direktoru olduğu “Fomget” 1/2 finala yüksəlib. Ankara təmsilçisi 1/4 finalda “Fatih Vatan”a 4:0 hesabı ilə qalib gələrək buna nail olub.
Qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Əhmədovanın da formasını geyindiyi komanda yarımfinalda turnirin favoritlərindən “ALG Spor”la üz-üzə gələcək.
Digər yarımfinal matçında “Qalatasaray” və “Fənərbağça” üz-üzə gələcəklər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?