Bu gün UEFA Avropa Konfrans Liqasında 2022/23 mövsümünə yekun vurulacaq.
Final oyununda İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” klubları üz-üzə gələcəklər. Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qarşılaşmanı ispaniyalı hakim Karlos Del Serro idarə edəcək.
Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliyanın “Roma” klubu olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?