Gundemxeber.az » İdman » “Neqreyra işi”: Ödəniş yoxdur, bəs “Barselona”nın pulları hanı?
“Barselona” futbol klubu ilə bağlı qalmaqallı “Neqreyra işi”ndə yeni detallar məlum olub.
“Barselona” rəhbərliyi tərəfindən hakimlərə ödəniş edilməsi üzrə dəlil tapılmayıb. Ancaq bəzi başqa şübhələr ortaya çıxıb.
İstintaq belə qənaətə gəlib ki, klub rəhbərliyi “pulların yuyulması” ilə məşğul olub. “Barselona”nın və Neqreyra ailəsinin hesablarında olmayan vəsaitlərin hara yoxa çıxması sualı ilə qarşılaşan istintaq hesab edir ki, idarəetmə yarıtmaz olub.
Cinayət işində adı keçənlərdən başqa məqsədlər üçün xərclənən pulların hamısını geri qaytarmaq, həmçinin cərimə ödəmək tələb olunacaq. Məbləğ ödənilməzsə, cavabdeh şəxslər diskvalifikasiya və həbslə üzləşə bilərlər.
Xatırladaq ki, “Barselona”nın sabiq prezidentləri S.Rosel və X.M.Bartomeu tərəfindən Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyrara yeddi milyon avroya yaxın məbləğdə ödəniş etmələrinə görə ittiham olunurlar. Neqreyra özü ifadəsində bildirib ki, ödənişlər konsultasiya qarşılığında verilib və hakimlərin “Barselona” ilə daha yaxşı rəftar etmələri üçün rüşvət verilməyib.
GUNDEMXEBER.AZ
29-05-2017, 21:57
8-02-2016, 14:20
24-12-2016, 11:29
27-08-2015, 13:34
31-05-2017, 19:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?