Gundemxeber.az » İdman » Parislilərə Olimpiya Oyunlarının məşəli təqdim olundu
Fransada Yay Olimpiya Oyunlarının başlanmasına bir il qalmış Olimpiya məşəlinin estafetinin bir hissəsi kimi istifadə olunacaq məşəlin dizaynı təqdim edilib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, hündürlüyü 70 sm, çəkisi 1,5 kiloqram olan məşəlin təqdimatında yamaykalı sprinter Useyn Bolt və Paris Olimpiadasının təşkilat komitəsinin rəhbəri Toni Estanqet iştirak edib.
Məlumata görə, dizayner Mathö Leannerin yaratdığı gələcək oyunların əsas simvollarından birinin vizual həllində üç mövzu üstünlük təşkil edir. Bunlar bərabərlik (məşəlin yuxarı və aşağı hissələri simmetrikdir), Paris şəhəri, Sena və onun dənizlə dalğalı əlaqəsidir.
Qeyd edək ki, Fransa istehsalı olan Olimpiya məşəli təkrar emal olunmuş poladdan hazırlanacaq.
Gundemxeber.az
9-10-2013, 00:49
14-12-2012, 12:15
8-02-2014, 00:50
2-07-2019, 15:49
30-07-2015, 00:02
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?