“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
Ağdam təmsilçisi səfərdə Sloveniya “Olimpiya”sı ilə qarşılaşacaq.
Lyublyanadakı “Stojitse” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, “Qarabağ” daha əvvəl “Olimpiya” ilə 2018-ci ildə Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşıb və rəqibi üstələyib. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb, cavab oyunu heç-heçə (0:0) nəticələnib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 31-i keçiriləcək.
Avropa Liqası
Pley-off (ilk oyun)
24 avqust
22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ”
Baş hakim: Georgi Nikolov Kabakov (Bolqarıstan)
“Stojitse” stadionu, Lyublyana
Gundemxeber.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?