"Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi matç üçün Kiprə yola düşüb.
GundemXeber.Az xəbər verir ki, Ağdam təmsilçisi çarter reysi ilə oyunun keçiriləcəyi Larnaka şəhərinə yollanıb. Bu gün Bakı vaxtı ilə saat 20:15-də Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Ölkə çempionu saat 20:30-da oyunöncəsi son məşqinə çıxacaq.
Rəqib komandanın baş məşqçisi Bakı vaxtıyla 18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra isə Norveç təmsilçisi son hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?