Gundemxeber.az » İdman » “Sabah” Azərbaycan Premyer Liqasında yubiley qolunu vurdu
“Sabah” Azərbaycan Premyer Liqasında yubiley qolunu vurub.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, paytaxt təmsilçisi ölkə çempionatlarındakı ümumi qol sayını 200-ə çatdırıb.
XIII turda “Turan Tovuz”la qarşılaşmada vurulan ilk qol yubileylə əlamətdar olub.
Bundan başqa, paytaxt təmsilçisi 2018/2019 mövsümündən çıxış etdiyi elitada 60-cı dəfə 3 xalın sevinci yaşayıb. Bu, həm də “Sabah”ın səfərdəki 30-cu qələbəsi olub. Bakılılar “60”a 153-cü, “30”a isə 77-ci oyununda çatıblar.
“Sabah”ın hər üç göstəricidəki ilkləri 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin vaxt səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edən Bakı klubunun heyətində Marko Deviç fərqlənmişdi.
Qeyd edək ki, “Sabah” “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.
Gundemxeber.az
19-08-2019, 11:00
14-04-2018, 20:09
10-11-2018, 10:16
2-11-2020, 10:49
13-11-2020, 16:21
Sorğu
Yeni dizaynımız necədir?