“Real Madrid” klubu İspaniya və Türkiyə mətbuatının böyük maraq göstərdiyi türkiyəli futbolçu Arda Gülerin üzərində təzyiqi azaltmaq üçün gənc oyunçunu faktiki olaraq mediadan “təcrid edib”.
Klub ardıcıl 3 dəfə zədələnən Arda Güleri qorumaq üçün hərəkətə keçib.
Futbolçunun tamamilə sağalmasına fokuslanan ispan nəhəngi bəzi radikal qərarlar verib. Bu proses zamanı Ardanın narahat edilməməsi üçün o, gözdən uzaq saxlanılacaq.
“Real Madrid” Arda Güleri media təzyiqindən təcrid etmək üçün türk mətbuatına qadağa qoyub. Futbolçunun, həmçinin İspaniya mətbuatından da gizlədilməsi qərara alınıb.
Çətin bir dövr keçirən Ardanı yenidən futbola qaytarmaq istəyən klub xüsusilə Türkiyə mətbuatına qarşı bəzi tədbirlər görüb. Türkiyə mətbuatından gələn istəklərin əksəriyyətini rədd edən “Real Madrid” xəbər hazırlanması üçün Arda ilə görüşülməsini, onun haqqında danışılmasını belə istəmir.
Klub rəsmilərinin fikrincə, futbolçunun ehtiyacı olan şey danışmaq deyil, məşq etməyə və sağalmağa diqqətini yönəltməkdir.
Bu səbəbdən də Arda Güler bir müddət mediada görünməyəcək. Bu qərara futbolçu özü də razılıq verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?