AVRO-2024-ün seçmə mərhələsində IX tur davam edir.
Oxu.Az xəbər verir ki, bu gün daha 3 qrupda 7 oyun keçiriləcək.
E qrupunda Albaniya və Çexiya rəqiblərini məğlub etsələr, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.
H qrupunda Danimarka - Sloveniya matçının qalibinin Almaniyada təşkil olunacaq Avropa çempionatında iştirakı dəqiqləşəcək. Bu qarşılaşma, eləcə də, Qazaxıstan - San Marino görüşü heç-heçə nəticələnsə, o zaman həm Sloveniya, həm də Danimarka vəsiqə qazananlar sırasına qoşulacaqlar.
C qrupunda isə İngiltərə final mərhələsində iştirakını öncədən təmin edib.
AVRO-2024, seçmə mərhələ
IX tur
17 noyabr
C qrupu
23:45. İngiltərə - Malta
23:45. İtaliya - Şimali Makedoniya
Xal durumu: İngiltərə - 16, Ukrayna - 13, İtaliya - 10, Şimali Makedoniya - 7, Malta - 0.
E qrupu
21:00. Moldova - Albaniya
23:45. Polşa - Çexiya
Xal durumu: Albaniya - 13, Çexiya - 11, Polşa - 10, Moldova - 9, Farer adaları - 1.
H qrupu
19:00. Qazaxıstan - San Marino
21:00. Finlandiya - Şimali İrlandiya
23:45. Danimarka - Sloveniya
Xal durumu: Sloveniya - 19, Danimarka - 19, Qazaxıstan - 15, Finlandiya - 12, Şimali İrlandiya - 6, San Marino - 0.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?