Qəzza zolağının şimalında hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri əməliyyatın yeni mərhələsinə keçəcək.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Conatan Konrikus “StandWithUs” qeyri-hökumət təhsil təşkilatının efirində çıxışı zamanı danışıb.
“Döyüşlərin növbəti mərhələsi Qəzza zolağının şimalında HƏMAS-ın qalıqlarını bitirməyə həsr olunacaq. Bu, asan məsələ deyil, düşünməyin ki, biz onu bir kənara atmışıq. Qəzzanın şimalında hələ də ciddi döyüşlər gedir. Amma gec-tez bu da bitəcək. Ümid edirik ki, bu, İsrail üçün əlavə itkiləri olmadan baş verəcək”, - deyə o bildirib.
“Bu, həyata keçirildikdən sonra biz döyüşün yeni mərhələsinə keçəcəyik, çünki ümumi məqsəd HƏMAS-ın bütün infrastrukturunu məhv etməkdir. Biz heç vaxt özümüzü heç bir coğrafi sərhədlə məhdudlaşdırmamışıq. Biz, sadəcə olaraq, ilk mərhələdə Qəzzanın şimalında döyüşəcəyimizi demişdik”, - Konrikus əlavə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?