Gundemxeber.az » İdman » Azərbaycan millisinin sabiq baş məşqçisini yeni komandası iki aydan sonra istefaya göndərdi
Azərbaycanın futbol millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığmasında iki aydan sonra istefaya göndərilib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, Livan Futbol Federasiyası xorvatiyalı mütəxəssislə yollarını ayırdığını açıqlayıb.
Maraqlıdır ki, qərar 2024-cü il yanvarın 12-də başlayacaq Asiya Kubokuna hazırlıq zamanı qəbul olunub. Federasiya oktyabrın əvvəlində baş məşqçi postuna təyin etdiyi 57 yaşlı məşqçinin gedişini daha güclü mütəxəssis gətirmək istəyi ilə əsaslandırıb:
“Asiya Kubokunda iştirak etməmişdən əvvəl ən yaxşı məşqçi heyətinin təyinatı üçün İcraiyyə Komitəsinin üzvləri bu qərara gəliblər”.
Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ildə futbol üzrə Azərbaycan milli komandasını çalışdırıb. Yığma onun rəhbərliyi altında keçirdiyi 10 oyunun birində qələbə qazanıb, ikisində heç-heçə edib, yeddisində məğlub olub.
GUNDEMXEBER.AZ
12-10-2020, 10:47
6-03-2016, 12:41
29-08-2018, 14:01
5-09-2018, 14:59
17-03-2020, 19:20
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?