Gundemxeber.az » İdman » "Qarabağ" "Hakken"lə oyunun birinci dəqiqəsində hesabı açıb - YENİLƏNİB
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb.
"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.
***
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Hakken" (İsveç) oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.
Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.
"Köhlən atlar" qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.
H qrupunun digər görüşündə "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. "Qarabağ" 7 xalla ikinci, eyni xala malik "Molde" üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur./report.az/
7-11-2019, 23:42
31-08-2023, 22:24
15-08-2017, 22:43
16-09-2016, 15:15
21-10-2019, 23:13
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?