Argentina millisi ölkə Prezidenti Xavyer Mileyin təklifi səbəbindən beynəlxalq turnirlərdən kənarlaşdırıla bilər.
Bu barədə AS portalı öz mənbələrinə istinadla xəbər verib.
Bildirilib ki, Miley ölkə başçısı seçilən kimi milli klubların idman səhmdar cəmiyyətlərinə çevrilə biləcəyini deyib. Bu məsələ təcili ehtiyac haqqında fərmanda öz əksini tapıb.
Argentina İdman Konfederasiyası (CAD) Mileyin təklifinə qarşı çıxıb, çünki Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Futbol Federasiyasının qaydalarına əsasən, dövlətin idman qurumlarının fəaliyyətinə müdaxiləsinə görə ciddi cəzalar nəzərdə tutulub. Müdaxilə səbəbindən Argentina millisi Amerika Kuboku və Parisdə keçiriləcək Olimpiya Oyunlarından kənarlaşdırıla bilər.
Xatırladaq ki, dekabrın 20-də Miley xalqa müraciət edərək, iqtisadiyyatın yenidən requlyasiyasına yönəlmiş islahatlarla fövqəladə fərman imzaladığını açıqlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?