2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimində saxtakarlığa yol verildiyi iddia olunur.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo Deportivo” nəşri məlumat yayıb.
Məlumata görə, Kosta-du-Sauipe şəhərində təşkil edilən püşk öncədən tərtib edilən plan əsasında həyata keçirilib. Bildirilir ki, FİFA-nın baş katibi Jerom Valke şarları açarkən həmin anı kameraların obyektivindən gizləyib. Üstəlik, onun komandaların adları yazılan kağızları çıxaran zaman fasilə verdiyi, şardan çıxanı deyil, öncədən masanın üzərinə qoyulan kağızları ictimaiyyətə nümayiş etdirdiyi vurğulanır.
Sorğu
Yeni dizaynımız necədir?