Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
Sonuncu oyunda “Kəpəz” “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.
Gəncə klubu 17 xalla 9-cu, Naxçıvan təmsilçisi 27 xalla 6-cıdır.
Azərbaycan Premyer Liqası
XXI tur
5 fevral
15:00. “Kəpəz” - “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, XXI turda “Qarabağ” “Səbail”i, “Sumqayıt” isə “Neftçi”ni 2:1 hesabı ilə üstələyib. “Sabah” - “Turan Tovuz” və “Qəbələ” - “Zirə” matçları 1:1 hesabı ilə yekunlaşıb./oxu.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?