Gundemxeber.az » İdman » Rumıniya Rusiya ilə mümkün müharibədən danışıb
Rumıniyanın baş naziri Marsel Çolaku bildirib ki, Rusiya bu ölkəyə qarşı məqsədyönlü hücumlar həyata keçirməyib və gələcəkdə də etməyəcək. O, müvafiq açıqlamanı Ukrayna ilə həmsərhəd kəndlərin sakinlərinin uçan cisimlərin peyda olması ehtimalı ilə bağlı bildirişlər alması fonunda verib.
“Rusiya Federasiyası Rumıniyaya qarşı qəsdən hər hansı təcavüzə başlamayıb və mən əminliklə bildirirəm ki, o, bunu etməyəcək, çünki bunun heç bir əsası yoxdur”, - deyə Çolaku bildirib.
O, həmçinin mülki şəxslər üçün mümkün təhlükələr barədə məlumatların yayılmasının vacibliyini vurğulayıb. Rumıniyanın baş naziri deyib:
“Bu, dövlətin öz əhalisinə göstərməli olduğu hörmət formasıdır ki, bunun səbəb ola biləcəyi hər hansı narahatlığa baxmayaraq, onların məlumatlandırılmasını təmin etsin”.
Qeyd edək ki, fevralın 10-na keçən gecə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları Rusiya pilotsuz təyyarələrinin Rumıniya sərhədi yaxınlığındakı əraziyə hücumları səbəbindən Fetesti aviabazasından havaya qalxıblar.
Gundemxeber,az
26-11-2015, 18:00
5-10-2015, 22:02
14-01-2016, 17:37
20-07-2018, 16:25
4-04-2016, 00:05
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?