Bu gün UEFA Konfrans Liqasında ilk finalçının adına “Klub Brügge” - “Fiorentina” görüşündə aydınlıq gətiriləcək.
Gundemxeber.Az xəbər verir ki, ilk oyunda 3:2 hesabı ilə qalib gələn italiyalılar səfər matçında da azarkeşlərinin etimadını doğrultmağa çalışacaqlar. Ev sahibləri də doğma meydan və azarkeş amilindən yararlanaraq qalib gəlmək niyyətindədirlər. Komandaların heyətində zədəlilərin olması baş məşqçilərin işini az da olsa, çətinə sala bilər. Meydan sahiblərindən Boyata, Meyer və Onyedika bu görüşdə komandasına kömək edə bilməyəcək. Qonaqlarda isə yalnız Sottil zədə üzündən oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq qarşılaşmanı türkiyəli hakimlər briqadasından Halil Umut Meler idarə edəcək.
8 may
20:45. “Klub Brügge” - “Fiorentina”
Stadion: “Jan Breydel Stadion” (Brügge)
Baş hakim: Halil Umut Meler
GUNDEMXEBER.AZ
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?