Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. İlk oyunlar Pireney yarımadasında, eyni vaxtda - saat 00:05-də başlayıb. İspaniyada iki yerli klub arasında baş tutan görüşdə "Sevilya" "Valensiya"nı qəbul edib. Oyunda meydan sahibləri iki cavabsız qolla qalib gəliblər - 2:0. Digər oyun isə "Benfika" və "Yuventus" komandaları arasında olub. Portuqaliyada baş tutan görüşdə meydan sahibləri rəqibini məğlub yola salıblar - 2:1. Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları mayın 1-də keçiriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?