Fransa yığmasının hücumçusu Kilian Mbappe Avropa çempionatının qrup mərhələsində Avstriya ilə görüşdə (1:0) burnunu sındırıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı forvard həkim müayinəsindən keçib. Tibbi yoxlamadan sonra məlum olub ki, Kilianın əməliyyata ehtiyacı olmayacaq və maskada oynayacaq.
Həmçinin hücumçunun Avropa çempionatının qrup mərhələsinin qalan oyunlarını buraxacağı və meydana yalnız pley-off mərhələsində çıxa biləcəyi açıqlanıb.
Avstriya ilə oyunda fransalı Kilian Mbappe Danso ilə toqquşduqdan sonra oyunu davam etdirə bilməyib və Jiru ilə əvəzlənib. Ulduz futbolçunun burnu qırılıb.
Qeyd edək ki, Fransa qrup mərhələsi çərçivəsində iyunun 21-də Niderland, ayın 25-də Polşa ilə qarşılaşacaq.
Sorğu
Yeni dizaynımız necədir?