Bunu "Makkabi"nin (Hayfa, İsrail) baş məşqçisi Barak Baxar UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah"la cavab matçı sonrası mətbuat konfransında deyib.
44 yaşlı çalışdırıcı məğlubiyyətə görə məyus olduqlarını söyləyib:
"Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Rəqibi təbrik edirəm. Qarşılaşmanın taleyini dəyişmək istəsək də, bu alınmadı. Komandamın üzvləri sona qədər mübarizə apardılar. "Sabah" çox yaxşı komandadır".
Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Sabah" doğma meydanda "Makkabi"yə 3:6 hesabı ilə uduzub. İlk görüşdə Bakı komandası 3:0 hesabı ilə qələbə qazandığı üçün növbəti tura yüksələn komandanın adı penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq oynayan "bayquşlar" (3:2, pen) III təsnifat mərhələsinə adlayıb./report.az/
Sorğu
Yeni dizaynımız necədir?